Dik Advokat Kurasao yığmasına qayıtdı

78 yaşlı niderlandlı məşqçi Dik Advokat Kurasao millisinin baş məşqçisi postuna qayıdıb və komandanı 2026-cı il dünya çempionatına aparacaq.

88

Niderlandlı mütəxəssis Dik Advokat Kurasao milli komandasının baş məşqçisi postuna qayıdıb. 78 yaşlı məşqçi 2026-cı il dünya çempionatında komandanı meydana çıxaracaq və bununla mundial tarixində ən yaşlı baş məşqçi kimi tarixə düşəcək. 

Advokat fevral ayında qızının səhhəti ilə bağlı ailə səbəblərinə görə vəzifəsindən ayrılmışdı. Onu müvəqqəti olaraq Fred Rutten əvəz etmişdi. Lakin Ruttenin istefasından sonra Kurasao Futbol Federasiyası yenidən Advokatla əlaqə saxlayıb və təcrübəli məşqçinin qayıdışı rəsmiləşib.

Kurasao yığması Advokatın rəhbərliyi altında tarixi uğura imza ataraq ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Komanda 2026-cı il mundialında “E” qrupunda Almaniya, EkvadorKot-d’İvuarla mübarizə aparacaq. Kurasao dünya çempionatında iştirak edəcək ən kiçik ölkə kimi də diqqət çəkir.

Advokatın qayıdışı həm də insani tərəfi ilə diqqət çəkib. Onun fevralda komandadan ayrılmasına səbəb olan ailə vəziyyətində müsbət dəyişiklik olduğu bildirilir. Bu səbəbdən təcrübəli məşqçi Kurasao ilə mundial macərasını davam etdirmək qərarı verib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930