Devid Bekhem ilk britaniyalı idmançı-milyarder oldu

Devid və Viktoriya Bekhemin birgə sərvəti 1,185 milyard funt sterlinqə çatıb. Bekhem Böyük Britaniyanın ilk idmançı-milyarderi olub.

65

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem Böyük Britaniyanın ilk idmançı-milyarderi statusunu qazanıb. “Sunday Times Rich List 2026” siyahısına əsasən, Devid Bekhem və həyat yoldaşı Viktoriya Bekhemin birgə sərvəti 1,185 milyard funt sterlinqə çatıb. Bu məbləğ təxminən 1,59 milyard ABŞ dolları deməkdir. 

Bekhemlər Böyük Britaniyanın ən varlı idman nümayəndələri siyahısında ikinci yerdə qərarlaşıblar. Siyahının ilk pilləsində isə sabiq “Formula-1” rəhbəri Berni Ekklstounun ailəsi yer alıb. Onların sərvəti 2 milyard funt sterlinq dəyərində qiymətləndirilib.

Bekhemin sərvətinin artmasında onun ABŞ-ın “Inter Miami” klubundakı payı mühüm rol oynayıb. Klub hazırda MLS-in ən dəyərli komandalarından biri hesab olunur və onun dəyəri 1,45 milyard dollar səviyyəsində qiymətləndirilir. Bundan başqa, Bekhemin “Adidas” və “Hugo Boss” kimi böyük brendlərlə əməkdaşlığı da onun gəlirlərinin əsas mənbələrindən sayılır.

Viktoriya Bekhemin sərvəti isə əsasən onun öz adını daşıyan moda brendi hesabına formalaşıb. “The Guardian” yazır ki, Bekhemlərin sərvəti son bir ildə təxminən iki dəfə artıb. Buna Devid Bekhemin “Inter Miami”dəki payı və klub stadionu ətrafındakı daşınmaz əmlak layihələri, həmçinin Viktoriya Bekhemin moda brendinin maliyyə göstəricilərinin yaxşılaşması təsir göstərib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.