Danimarkada 400 illik məktub dövrü bitir: Poçt xidməti dayandırılır

Danimarkada PostNord 400 illik məktub paylanması ənənəsinə son qoyur. Məktub həcminin 90 faiz azalması poçt xidmətinin dayandırılmasına səbəb olub.

77

Danimarkada məktub dövrü başa çatır. Ölkənin poçt xidməti olan PostNord 400 illik məktub paylanması ənənəsinə bu ilin 30 dekabr tarixində son qoyacaq.

Son 25 il ərzində Danimarkada məktub göndərişlərinin həcmi təxminən 90 faiz azalıb ki, bu da ənənəvi poçt xidmətinin davam etdirilməsini iqtisadi baxımdan mümkünsüz edib.

Bu səbəbdən 1624-cü ildən bəri fasiləsiz davam edən məktub paylanması ilin sonunda rəsmi olaraq dayandırılacaq. Son məktublar isə 30 dekabr tarixində ünvanlara çatdırılacaq.

Qərarın Danimarka cəmiyyətində sürətlə artan rəqəmsallaşma fonunda qəbul edildiyi bildirilir. Rəqəmsal ünsiyyət vasitələrinin geniş yayılması ənənəvi poçt xidmətinə olan tələbatı kəskin şəkildə azaldıb.