Danimarka Latviyaya 850 hərbçidən ibarət batalyon göndərir

Danimarka NATO-nun Kanada rəhbərliyindəki çoxmillətli briqadasını gücləndirmək üçün Latviyaya 850 hərbçidən ibarət döyüş batalyonu yerləşdirəcək.

109

Danimarka NATO-nun şərq cinahının gücləndirilməsi məqsədilə Latviyaya 850-dək hərbçidən ibarət döyüş batalyonu yerləşdirəcək.

MSNews.az xəbər verir ki, Danimarka Silahlı Qüvvələrinin məlumatına əsasən, batalyon avqustda Latviyadakı Kanada rəhbərliyində fəaliyyət göstərən NATO çoxmillətli briqadasına qoşulacaq. Missiyanın 2027-ci ilin yanvarınadək davam etməsi nəzərdə tutulur.

Yerləşdirmə çərçivəsində şəxsi heyət və ağır hərbi texnika Latviyaya daşınacaq. “Reuters” Danimarka müdafiə naziri Yeppe Bruusa istinadən missiyanın Rusiyaya qarşı çəkindirmə imkanlarının gücləndirilməsinə xidmət etdiyini bildirib.

NATO-nun Latviyadakı qüvvələri 2024-cü ildə batalyon səviyyəsindən briqada səviyyəsinə yüksəldilib. Alyans yerləşdirmənin müdafiə xarakteri daşıdığını bildirir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.