Kriştianu Ronaldunun nişanlısı Corcina Rodriges sosial şəbəkələrdə bədəni ilə bağlı yazılan tənqidi şərhlərə cavab verib.
MSNews.az xəbər verir ki, Rodriges “İnstaqram” paylaşımında bütün qadınların bədəninin zamanla dəyişdiyini və bunun həyatın təbii hissəsi olduğunu bildirib. O, altı uşaq anası olduğunu qeyd edərək övladlarına insanın dəyərinin görünüşündən və yad şəxslərin fikirlərindən asılı olmadığını öyrətmək istədiyini vurğulayıb.
Bu barədə “El País” məlumat yayıb.
Rodriges yaxtada çəkilən fotolarından sonra “kök” adlandırılmasının onu narahat etdiyini və gəlirinin imicindən asılı olduğunu düşündüyünü Ronalduya söyləyib. Futbolçu isə onun qazancının görünüşünə deyil, kim olduğuna bağlı olduğunu deyərək nişanlısına dəstək verib. “People” nəşri də Rodrigesin paylaşımında bədənini və təbii dəyişiklikləri qəbul etməyə çağırdığını yazıb.