Corc Kluni Epşteyn üçün gənc qızları tələyə salmaqda ittiham olunur

Yeni ABŞ Ədliyyə Nazirliyi sənədlərinə görə, Hollivud ulduzu Corc Kluninin Ceffri Epşteyn ilə əlaqəsi və gənc qadınları tanış etmək iddiaları gündəmə gəlib.

17

ABŞ Ədliyyə Nazirliyinin yeni açıqladığı milyonlarla səhifəlik Epşteyn sənədlərində Hollivudd ulduzu Corc Kluni ilə bağlı şok iddialar yer alıb.

Sənədlərdə Kluninin pedofiliyaya görə məhkum edilən milyarder Ceffri Epşteyn ilə yaxın münasibətləri ortaya çıxıb və iddia edilir ki, ikili birlikdə Avropada keçirilən gizli səfərlər zamanı gənc qadınlarla əlaqələr qurublar.

2014-cü ilə aid bir e-poçtda Epşteyn Danimarkanın Kopenhagen şəhərində olduğu və Kluninin də həmin vaxt orada qaldığı bildirilir; yazışmada Epşteyn “şəhərdə maraqlı qızlar var” ifadəsini işlədib. Həmin sənədlərdə İngiltərənin keçmiş siyasətçilərindən birinin Epşteynə “gənc qadınlar tapmaq üçün Corc Kluni kimi bir ilham pərisi” lazım olduğunu qeyd etdiyi görünür və Epşteyn buna cavab olaraq, “siz indi Kluni olmalısınız” deyə yazıb.

Bu iddialar ictimaiyyət və medialar arasında geniş müzakirə doğurub. Kluni məsələyə dair rəsmi açıqlama verməyib və iddialar hələ təkzib olunmayıb.

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728