Məşhur porno aktyor Conni Sins illərdir qurduğu bir arzunu – kosmosda ilk porno filmi çəkmək arzusunu reallaşdırmaq üçün hərəkətə keçib.
O, artıq İlon Maska, eləcə də, “SpaceX”, “Tesla” və “X” (Twitter) komandalarına müraciət etdiyini bildirib. Sins deyir ki, bu ideya onun ağlında hələ 2015-ci ildən var.
“Kosmosda çəkiliş edən ilk aktyor olmaq istərdim. Bu kampaniya nə vaxt başlamışdı, dəqiq bilmirəm, bəlkə 2015-ci ildə. O vaxt hələ heç kim kommersiya uçuşları ilə kosmosa getməmişdi. Amma indi bu baş verdiyinə görə, real imkan yaranır. Məncə bu möhtəşəm olar. Bu yaxın bir-iki ildə baş verməlidir, çünki yaşım artıq artır”. – deyə Sins qeyd edir.
Conni Sins həmçinin deyib ki, onun fikrincə İlon Mask bu layihəni dəstəkləyə bilər. O, bunun “SpaceX” üçün yaxşı reklam olacağını bildirib:
“Düşünürəm ki, Elon da bunu dəstəkləyər. O, belə şeylərə açıq biridir. Bu, SpaceX üçün əla reklam olardı.” — deyə Sins əlavə edib.
Sosial şəbəkələr Conni Sinsin kosmosda film çəkmək istəyinə reaksiyalarla dolub. Bir çox istifadəçi bunu zarafatla dəstəkləyib. Bir “X” (Twitter) istifadəçisi yazır:
“Təşəkkürlər, @elonmusk qardaş, mənim ən sevimli aktyorum və ilham mənbəyim @JohnnySins-ə kosmosda film çəkməyə kömək etdiyiniz üçün. Biz hamımız sıfır cazibə qüvvəsində (#johnnysins) çəkiləcək videoları gözləyirik. Arzularımızı mümkün edən yeganə sizsiniz.”
Başqa bir istifadəçi isə belə yazır:
“Biz hamımız Connini dəstəkləyirik və Mask da dəstəkləməlidir.”