Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) əməkdaşı Con Kiriakou ABŞ-ın yaxın günlərdə İrana qarşı hərbi əməliyyat həyata keçirə biləcəyi ilə bağlı iddia səsləndirib.
Yayımlanan məlumata görə, Kiriakou bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranın ballistik raket proqramı və uranın zənginləşdirilməsi fəaliyyətini dayandırması üçün verdiyi 10 günlük müddət gözlənilməyə bilər. Onun sözlərinə görə, mümkün hərbi addım bazar ertəsi və ya çərşənbə axşamı həyata keçirilə bilər.
İddia “Ağ Ev mənbələrinə” istinadla irəli sürülüb. Lakin məsələ ilə bağlı rəsmi Vaşinqton və ya Tehran tərəfindən hər hansı təsdiqedici açıqlama verilməyib.
Eyni zamanda xəbərdə qeyd olunur ki, ABŞ və İran arasında diplomatik təmasların davam etdiyi, İranın nüvə proqramı ilə bağlı yeni təklif hazırlayacağı təqdirdə danışıqların yenidən gündəmə gələ biləcəyi bildirilir.
Hazırda bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və iddia xarakteri daşıyır.