Çin enerji inqilabı etdi: Dünyanın ilk superkritik karbon generatoru milli şəbəkəyə qoşuldu

Çin polad zavodunda superkritik CO₂ texnologiyası ilə işləyən dünyanın ilk kommersiya elektrik generatorunu milli enerji şəbəkəsinə inteqrasiya etdi. Yeni sistem enerji səmərəliliyini 50%-dən yuxarı qaldırır və nüvə stansiyalarında buxar turbinlərini əvəz edə bilər.

60

Çin enerji texnologiyaları sahəsində tarixi nailiyyətə imza atdı. Ölkə, polad zavodundan çıxan yüksək temperaturlu atıq istiliklə işləyən və superkritik karbon qazı (CO₂) əsasında qurulan dünyanın ilk kommersiya tipli elektrik generatorunu milli enerji şəbəkəsinə uğurla inteqrasiya etdi.

Bu innovativ sistem “China National Nuclear Corporation” (CNNC) tərəfindən hazırlanıb və Guicjou əyalətində yerləşən polad zavodunda quraşdırılıb. Sistem ənənəvi buxar turbini dövrlərindən fərqli olaraq, 700°C-dən yüksək atıq istiliyi enerji istehsalı üçün superkritik CO₂-yə çevirir.

Superkritik vəziyyətə gətirilən CO₂ həm qaz, həm də maye xüsusiyyətlərini özündə birləşdirir. Bu hal enerji daşınmasını sürətləndirir və turbinlərin daha kiçik ölçüdə, daha səmərəli hazırlanmasına imkan yaradır.

İnnovasiya enerji sektorunda bir çox sahəni dəyişə bilər:

  • Kompakt və mobil nüvə reaktorları

  • Kosmik texnologiyalar

  • Kiçik ölçülü günəş istilik stansiyaları

  • Sənaye müəssisələri üçün yüksək səmərəli enerji bərpa sistemləri

Ekspertlər hesab edir ki, hazırkı 15 MVt-lıq prototip daha iri gücə uyğunlaşdırılarsa, gələcəkdə nüvə elektrik stansiyalarında klassik buxar turbinlərini tam əvəz edə bilər. Bu isə nüvə enerjisində daha təhlükəsiz, daha ucuz və daha səmərəli dövrün başlaması deməkdir.

Çin bu texnologiyanı 10 ildən artıqdır inkişaf etdirirdi və hazırkı uğur dünya enerji sənayesində dönüş nöqtəsi kimi qiymətləndirilir.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
24 mart 2026