Çin dünyada ilk tamamilə süni intellekt həkimlərlə işləyən xəstəxana açıb

Çin süni intellekt həkimləri ilə işləyən dünyanın ilk xəstəxanasını açıb. Xəstəxana 21 tibbi şöbəni əhatə edir və süni intellekt həkimləri minlərlə xəstəni qısa müddətdə müayinə edə bilir.

110

Çin alimləri dünyanın ilk tamamilə süni intellekt “həkimləri” ilə işləyən xəstəxanasını istifadəyə veriblər.

Tsinghua Universitetinin Süni İntellekt Sənayesi Tədqiqat İnstitutu (AIR) tərəfindən hazırlanmış 42 ağıllı agentin işlədiyi bu müəssisəyə “Agent Hospital” adı verilib.

Xəstəxana 21 tibbi şöbəni əhatə edir və ilkin qəbuldan diaqnoz, resept yazılması, reabilitasiya və sonrakı izləmə mərhələlərini əhatə edən iş proseslərini həyata keçirir. Layihə müəlliflərinin məlumatına görə, hər bir süni intellekt həkimi böyük dil modellərinə əsaslanan müstəqil agentlərdən istifadə edərək, insan həkimlərin illərlə işləməli olduğu minlərlə xəstəni bir neçə gündə müayinə və müalicə edə bilir.

Layihə süni intellektdən istifadə olunan tibbin inkişafında böyük bir addım kimi təqdim olunur, lakin təhlükəsizlik, məsuliyyət və insan nəzarəti məsələlərini gündəmə gətirir.