Çinin Çucjou (Zhuzhou) şəhərində dünyada ilk dəfə fiziki rels olmadan hərəkət edən tramvay xətti işə salınıb. Yeni nəqliyyat vasitəsi ənənəvi tramvaylardan fərqli olaraq metal relslərə deyil, “virtual xətt”ə əsaslanır. Sistem süni intellekt, lazer sensorları və kameralardan ibarət naviqasiya texnologiyası ilə işləyir və marşrutu yol üzərində rəqəmsal şəkildə izləyir.
Tramvayın maksimal sürəti 70 km/saatdır və o, eyni anda 500 sərnişin daşıya bilir. Mütəxəssislər bu sistemin həm tikinti xərclərini azaltdığını, həm də şəhər içi nəqliyyatda çevik və atmosferə daha az zərərli alternativ yaratdığını bildirirlər.
Layihə, böyük şəhərlərdə sürətlə artan nəqliyyat yükünü azaltmaq və gələcəyin “ağıllı şəhər” konsepsiyasına uyğunlaşdırılmış ictimai nəqliyyat modelinin yayılması baxımından mühüm addım hesab olunur.
Mütəxəssislərin fikrincə, bu texnologiyanın geniş yayılması ilə ənənəvi çelik rels dövrü tədricən sona çata bilər, yerini isə rəqəmsal idarəetməli nəqliyyat şəbəkələri alacaq.
Lakin bu xəbərə skeptik yanaşan bəzi mütəxəssislər isə əslində bunun relssiz tramvay sistemi olmadığını, optik müşahidə sisteminə malik elektrikli avtobus olduğunu və təkərlər üzərində hərəkət etdiyini iddia edirlər.