Ceyhun Bayramov ATƏT sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə Bakıda ikitərəfli və regional məsələləri müzakirə edib.

110

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis ilə Bakıda görüşüb.

MSNews.az xəbər verir ki, əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə keçirilən görüşdə Azərbaycan–İsveçrə münasibətləri, ATƏT çərçivəsində əməkdaşlıq, Ukrayna və Yaxın Şərqdəki vəziyyət, eləcə də digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Bu barədə “APA” məlumat yayıb.

İsveçrə tərəfinin səfərdən əvvəl yaydığı açıqlamada danışıqlarda Cənubi Qafqazdakı vəziyyət və Azərbaycan–Ermənistan sülh prosesinin də diqqət mərkəzində olacağı bildirilmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.