Bu deputatın mandatı ləğv edildi

Naxçıvan Muxtar Respublikasının 4 saylı Yengicə Seçki Dairəsinin deputatı Əli Abbasov vətəndaş müraciətləri əsasında mandatından məhrum edilib. Ali Məclisin İntizam Komissiyası və Mərkəzi Seçki Komissiyasının qərarı ilə deputatlıq səlahiyyətlərinə xitam verilib.

169

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu ilə bağlı vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Qanunvericiliyin tələblərinə əsasən, İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Dekabrın 11-də Mərkəzi Seçki Komissiyası Əli Abbasovun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.

Qeyd olunur ki, Əli Abbasovun mandatına xitam verilməsi məsələsi Ali Məclisin İntizam Komissiyasının iclasında müzakirə olunub. Bundan əlavə, sabiq deputatın adı bir müddət əvvəl məhkəmə işində hallanıb. Lakin tərəflər arasında barışıq əldə olunduğuna görə işə xitam verilib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.