Braziliya milli komandasının baş məşqçisi Karlo Ancelotti mart ayı üçün yığmanın heyətini açıqlayıb.
MSNews.az xəbər verir ki, bu barədə Braziliya Futbol Federasiyası rəsmi məlumat yayıb.
“Sambaçılar” martın 26-da Fransa, martın 31-də isə Xorvatiya millisi ilə yoldaşlıq görüşləri keçirəcək. Hər iki qarşılaşma ABŞ ərazisində baş tutacaq.
Ancelottinin açıqladığı 26 nəfərlik heyətdə bir neçə yeni sima diqqət çəkir. Belə ki, Leo Pereyra, Qabriel Sara, Rayan Roça və İqor Tiaqo ilk dəfə milli komandaya dəvət alıblar. Digər tərəfdən, Neymar yenidən yığmadan kənarda qalıb.
Qapıçılar:
Alisson Beker, Bento, Ederson
Müdafiəçilər:
Aleks Sandro, Danilo, Leo Pereyra, Bremer, Duqlas Santos, Qabriel Maqalyaes, Rocer İbanyes, Markinyos, Vesli Fofana
Yarımmüdafiəçilər:
Andre Santos, Kasemiro, Danilo Barbosa, Fabinyo
Hücumçular:
Endrik, Qabriel Martinelli, İqor Tiaqo, Luis Enrike, Mateus Kunha, Joao Pedro, Rafinya, Vinícius Junior, Rayan Roça