Botsvana yaxın gələcəkdə Moskvada səfirlik açmağı planlaşdırır və rusiyalı investorları nadir torpaq elementləri və almaz sahəsində əməkdaşlığa dəvət edib. Bu barədə Botsvananın xarici işlər naziri Fenyu Butale TASS agentliyinə bildirib.
“Botsvana siyasi və iqtisadi sabitliyi ilə rusiyalı investorlar üçün ən yaxşı sərmayə məkanıdır. Buna görə də biz rus investorlarını Botsvanaya dəvət edirik,” – deyə nazir bildirib.
Qeyd edək ki, almazlar Botsvananın milli gəlirlərinin təxminən üçdə birini, valyuta gəlirlərinin isə dörddə üçünü təmin edir. 2021-ci ildə dünyanın ən böyük palladium və yüksək keyfiyyətli nikel istehsalçısı olan Rusiya şirkəti “Norilsk Nickel” Botsvana hökuməti və “BCL Group” ilə Afrikadakı aktivlərinin satışı ilə bağlı yaranmış mübahisəni həll etmişdi.
Botsvana-Rusiya əməkdaşlığı Afrika qitəsində Rusiyanın mövqeyini gücləndirmək niyyətinə uyğun görülür.