1940-cı ildə nasist Almaniyası Fransanı işğal etdikdən sonra, burdakı Vermaxt əsgərləri arasında dəri-zöhrəvi xəstəliklər geniş miqyas almağa başladı. Səbəb, küçələrdə, barlarda “xidmət” göstərən fransız fahişələrlə alman əsgərlərin münasibətləri idi. Ordu arasında sifilis sürətlə yayılırdı. Məsələ o qədər ciddi idi ki, Hitler bu problemin həlli istiqamətində işlər görülməsi üçün göstəriş vermişdi. Əsgərlərin cinsi tələbatlarının qarşılanması üçün süni qadın gəlinciklərin hazırlanması qərara alındı. Bu gəlinciklər mavi gözlü, sarışın, əsl ari qadını simasında olmalı idi. “Borgild” adlanan bu gəlincikləri əsgərlər öz çantalarında daşıya bilirdilər.

Bu layihə ordu arasında dəri-zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınması ilə yanaşı, həm də, homoseksualizmə qarşı mübarizə üsulu kimi, əsas məqsəd olaraq isə, saf ari irqinin qorunması naminə həyata keçirilirdi.
İlk əvvəl məhsul “Cinsi gigiyenik layihə” adını alıb. Himmler Alman gigiyena muzeyindən Frans Çakerti bu gəlinciyin hazırlanması üçün görəvləndirib. Əvvəl Çakert “Şüşə qadın” – anatomik ideal, şəffaf maneken yaratmışdı. Bu, 1930-cu illərdə Almaniyada bir sensasiyaya çevrilmişdi. Buna görə bu layihənin də ona həvalə edilməsi qərara alındı.

Lakin bir problem vardı: əsgərlər təbii qadın əvəzinə gəlinciklərlə “sevişməyə” razı olacaqdılarmı? Alman psixiatr Rudolf Çargeheymer yazırdı: “Bu gəlinciklər alman əsgərinə kömək etməlidir. Vermaxt əsgəri döyüşməlidir, küçələrdə əcnəbi fahişələrlə cinsi əlaqəyə girib yadların qanı ilə öz qanını qarışdırmamalıdır.” Bu problemin həlli istiqamətində Çargeheymerin üç təklifi vardı:
- Sintetik dəri əsl dəri təəssüratı yaratmalıdır;
-
Gəlinciyin bədəni mümkün qədər çevik və hərəkətli olmalıdır;
- Onun cinsi orqanı reallığı hiss etdirməlidir.
Komanda işə başladı. İlk əvvəl skeletin alüminiumdan hazırlanması təklif edilsə də, Çakert sonda silikonda dayandı. Xarici görünüş məsələsində də ciddi normalara əməl edilməli idi. Hitlerin göstərişinə əsasən, Borgildin boyu 176 sm, ağ dərili, sarı saçlı, incə, mavi gözlü, göbəyi açıq şəkildə hazırlanmalı, böyük dodaqları və iri döşləri olmalı idi. Üz bədəndən də əsas idi. Kuklanın üzü elə olmalı idi ki, alman əsgərini valeh etsin. Bunun üçün macar aktrisa Ket fon Naginin görünüşündən istifadə etmək istənilsə də, buna razılıq verilmədi. Belə olduqda yuxarıda qeyd olunan parametrlərdən istifadə edilməklə, ondan çox sifət hazırlandı, hansının əksər kişilər üçün daha arzuolunan olduğunu müəyyən etmək üçün psixoloji testlərdən istifadə etdilər.
Borgildin saçları qısa saxlanılaraq istifadəçilərinə bunun qadınlıq idealı olmadığını, döyüş yoldaşının ordunun bir hissəsi olduğunu xatırlatdı. Bədənin dizaynını hazırlayarkən Çakert canlı qadının bərk gipsini hazırlamaq istəyirdi və bununçün idmançılar Vilhelmina fon Bremen və Annet Valteri dəvət etdi. Nəticə ürəkaçan olmurdu. Bəzən ayaqları çox qısa və eybəcər görünürdü, bəzən də qadının arxası və qolları güləşçi kimi arıq olurdu. Sonda Çakertin komandası stilizə edilmiş qadın obrazı – sinəsi kiçilən və atletik fiqurlu – üzərində qərarlaşdı.

Dizayn hazır olduqdan sonra nasistlər kuklanın prototipini hazırlamağa başladılar. Vermaxt əsgərləri Borgildi ilk dəfə 1941-ci ildə, Cersi adasında yerləşən alman qarnizonunda sınaqdan keçirib. Hitler sınağın nəticələrindən o qədər təsirlənib ki, şəxsi mühafizəsi üçün 5000 gəlincik sifariş edib. Ancaq 1942-ci ildə layihə donduruldu: bir çox alman əsgəri əsir düşməyə başladı və düşmənin gülüş və istehza obyektinə çevriləcəyindən qorxaraq onları daşımaqdan imtina etdi.
Nəhayət, ideya puç oldu və Borghildin bütün nüsxələri Drezdenin bombalanması zamanı müttəfiq qüvvələr tərəfindən məhv edildi.
Yazıçı Donald Qrem “Borghild” adlı gizli layihə haqqında Barbi kuklasının mənşəyini araşdırarkən öyrəndi: o, amerikalı Rut və Elliot Handlerin 1956-cı ildə Almaniyaya səfər etdikdən sonra əfsanəvi oyuncağı yaratdıqlarını və buradan Borqhildin “qızı” Lillini satın aldıqlarını öyrəndi. Bu kukla böyüklər üçün mağazalarda və gecə klublarında satılırdı. Qrem bu hekayəni özünün “Mussolini bərbəri” adlı tarixi kolleksiyasına daxil etmişdi.