“Birbank” bayram kampaniyası: Bakı metrosunda gediş haqqına 50% endirim

"Birbank" müştərilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sevindirir: 16 dekabrdan 4 yanvar 2026-cı ilədək Bakı metrosunda gediş haqqı 50% endirimli olacaq.

74

Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştərilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə xoş bir sürprizlə sevindirir.

16 dekabrdan başlayaraq 4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində “Birbank Visa” kart sahibləri Bakı metrosunda gediş haqqının yalnız yarısını ödəyəcəklər.

Kampaniyadan yararlanmaq olduqca sadədir: sərnişinlər metro stansiyalarında ödənişlərini “Birbank Visa” (debet və ya taksit) kartlarını “Apple Pay” və ya “Google Pay” üzərindən həyata keçirməlidirlər. Belə olduqda balansdan standart 60 qəpik əvəzinə, yalnız 30 qəpik çıxılacaq.

Qeyd edək ki, hər bir istifadəçi kampaniya müddətində bütün kartları üzrə maksimum 10 dəfə güzəştli gediş haqqından yararlana bilər. Bu təşəbbüs həm rəqəmsal ödənişlərin təşviqinə, həm də bayram ərəfəsində sərnişinlərin büdcəsinə qənaət etməsinə imkan yaradır.

“Kapital Bank”-ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi, 115 filial və 50 şöbədən ibarət geniş şəbəkəsi ilə ölkədə müştərilərinə xidmət göstərir. Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı birbank.az saytından, 196 Əlaqə Mərkəzindən və ya bankın sosial şəbəkə hesablarından əldə etmək mümkündür.