Bilecik bələdiyyəsi CHP-dən YENİ Partiyə keçib

Bilecik bələdiyyə başçısı Melek Mızrak Subaşı və bələdiyyə şurasının 16 üzvü CHP-dən ayrılaraq YENİ Partiyaya qoşulub.

100

Türkiyənin Bilecik şəhərinin bələdiyyə başçısı Melek Mızrak Subaşı bələdiyyə şurasının üzvləri ilə birlikdə Cümhuriyyət Xalq Partiyasından — CHP-dən ayrılaraq YENİ Partiyaya keçdiklərini açıqlayıb.

MSNews.az xəbər verir ki, Subaşı bu barədə Bilecik Bələdiyyə Şurasının avqust iclasından əvvəl danışıb. O, keçid prosedurlarının tamamlandığını və şəhər sakinlərinə xidmətin YENİ Parti çətiri altında davam etdiriləcəyini bildirib.

Bu barədə “SonDakika” məlumat yayıb.

“Bursa’da Bugün” Subaşı ilə yanaşı, bələdiyyə şurasının 16 üzvünün də partiya dəyişdirdiyini yazıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.