Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi

Belqradda Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

35

Fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilib.

İclasda iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Strateji Tərəfdaşlıq Şurasının ilk iclası Azərbaycan ilə Serbiya arasında əlaqələrin yeni mərhələyə keçdiyini nümayiş etdirib və əməkdaşlığın institusional əsasda davam etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.