Belçika məktəblərində hicab qadağası tətbiq olunacaq

Belçikanın Şərqi Flandriya bölgəsində 2026-2027-ci tədris ilindən başlayaraq dövlət məktəblərində dini, ideoloji və siyasi simvollar, o cümlədən hicab qadağan ediləcək. İslam dərsləri üzrə müəllimlər istisna təşkil edəcək.

174

Belçikanın Gent şəhərinin mərkəzində yerləşən dövlət məktəblərində hicab qadağası 2026-2027-ci  tədris ilindən etibarən qüvvəyə minəcək. Qadağa, həm tələbələr, həm də müəllimlər üçün dini, ideoloji və siyasi simvolların istifadəsini əhatə edəcək. 

Ancaq İslam dərslərini tədris edən müəllimlər bu qadağadan istisna ediləcək.

Dünən qəbul edilən qərara qarşı Gent şəhərində vilayət hökumətinin binası önündə etiraz aksiyası keçirilib. Aksiyada iştirak edənlər “Hicab mənim qərarımdır!” şüarını səsləndiriblər. Gent, Belçikada türk mənşəli və digər müsəlman əhalinin sıx yaşadığı şəhərlərdən biri kimi tanınır.

Rixtpunt kampusunda, Şərqi Flandriya vilayət hökumətinə bağlı rəsmi məktəblərin şəbəkəsində, təxminən 700 tələbədən 100-ü hicab taxır.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.