Baş ağrısını azaldan sadə üsul: Dişlər arasında karandaş

Mütəxəssis baş ağrısını azaltmaq üçün maraqlı üsul açıqladı: dişlər arasında 30 saniyə karandaş sıxmaq əzələ gərginliyini azalda bilər.

68

Baş ağrıları üzrə mütəxəssis olan doktor Ceyn Leonard maraqlı və sadə bir üsulla çıxış edib. Həkim bu barədə “The Daily Mail” qəzetində dərc olunan məqaləsində danışıb.

Onun sözlərinə görə, baş ağrısı zamanı dişlər arasında adi bir taxta karandaş sıxmaq ağrının azalmasına kömək edə bilər. Doktor Leonard bildirir ki, yorğunluq, uzun müddət eyni vəziyyətdə qalmaq, stres və gərginlik üz, boyun və baş əzələlərində spazma səbəb olur. Bu zaman xüsusilə aşağı çənə əzələləri həddindən artıq gərginləşir və baş ağrısı yaranır.

Mütəxəssisin tövsiyəsinə əsasən, iş zamanı və ya gün ərzində baş ağrısı hiss edildikdə, əl altında olan taxta qələmi təxminən 30 saniyə ərzində dişlər arasında sıxmaq kifayətdir. Bu sadə hərəkət çənə əzələlərini rahatladır, əzələ gərginliyini azaldır və ağrının yüngülləşməsinə yardım edir.

Həkim vurğulayır ki, bu üsul tibbi müalicəni əvəz etməsə də, xüsusilə gərginlik tipli baş ağrıları zamanı tez və praktik köməkçi vasitə kimi istifadə oluna bilər.