Qazaxıstanlı gənc futbolçu Karim Mendikanov karyerasında mühüm addım atıb. İspaniyanın nəhəng klubu “Barselona” onunla müqavilə imzalayıb.
Məlumata görə, 15 yaşlı futbolçu yayda rəsmi olaraq Kataloniya klubuna qoşulacaq və bununla da “Barselona” tarixində ilk qazax oyunçu kimi tarixə düşəcək.
Xəbəri yayan “Mundo Deportivo” nəşri qeyd edir ki, Mendikanov klubun akademiya sisteminə daxil olacaq və gələcək üçün perspektivli layihə kimi qiymətləndirilir.
Bu transfer Qazaxıstan futbolu üçün də əlamətdar hadisə sayılır və ölkənin gənc futbolçuları üçün yeni imkanların açıldığını göstərir.