“Barselona”nın idman direktoru Deko “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferini həyata keçirmək üçün Madridə gedib.
MSNews.az xəbər verir ki, “Jijantes” jurnalisti Jerar Romeronun məlumatına görə, Deko yaxın saatlarda futbolçunun nümayəndəsi ilə görüşəcək. “Barselona”nın skautinq rəhbəri Joao Amaralın da Madridə yollanaraq növbəti danışıqlara qatılacağı bildirilir.
Bununla belə, “Atletiko”nun rəhbərliyi Alvaresi satmaq niyyətində olmadığını və yüksək məbləğli təklifləri də qəbul etməyəcəyini açıqlayıb. “El País” futbolçunun Madrid klubu ilə 2030-cu ilədək müqaviləsinin olduğunu yazır.
“AS” isə Alvaresin avqustun 10-da “Atletiko”nun məşqlərinə qoşulmağa hazırlaşdığını bildirir. Deko və futbolçunun nümayəndəsi arasında nəzərdə tutulan görüş klub tərəfindən rəsmən təsdiqlənməyib.