Bakıda Siqhlərə qarşı repressiyalar müzakirə olunacaq

16 yanvar 2026-cı il tarixində Bakı beynəlxalq konfransda Hindistanda sikhlərə qarşı repressiyalar, insan haqları pozuntuları və beynəlxalq araşdırmalar məsələləri müzakirə olunacaq.

20

16 yanvar 2026-cı il tarixində Bakı Hindistanda siqhlərə qarşı represiyaları müzakirə etmək üçün beynəlxalq konfransın ev sahibliyini edəcək.

Tədbirdə Kanada, Böyük Britaniya və ABŞ-dan nümayəndələr, eləcə də Pəncab ştatı naziri Ramesh Singh Arora iştirak edəcək.

Konfransın məqsədi Hindistan hökumətinin milli və dini azlıqlara qarşı apardığı siyasəti açıq şəkildə müzakirə etməkdir. İnsan haqları təşkilatlarının məlumatına görə, 1984-cü ildə 8–17 min siqh qətlə yetirilib, on minlərlə insan ölkəni tərk etməyə məcbur olub. 1980–90-cı illərdə Pəncabda insanlar yalnız siqh olduqları və ya hüquqlarını tələb etdikləri üçün həbs, işgəncə və qətllərə məruz qalıb.

Bu gün də siqh fəalları “separatçı” və “casus” iddiaları ilə həbs edilir, Pəncabda polis reydləri davam edir və xaricdə fəallara qarşı sui-qəsdlər törədilir. Kanada və ABŞ hökumətləri indiyə qədər Hindistan xüsusi xidmətlərinin bu hücumlarda iştirakını vurğulayıb.

Konfrans çərçivəsində BMT-də beynəlxalq araşdırmanın aparılması və etnik azlıqlara qarşı cinayətlərin ört-basdır edilməməsi məsələləri müzakirə olunacaq. Siqhlər, 1984-cü il qırğınlarının soyqırım kimi tanınması, təşkilatçıların cəzalandırılması, siyasi məhbusların azad edilməsi, transsərhəd represiyaların dayandırılması və Hindistan dövlətinin rəsmi üzrxahlığı barəsində konkret addımlar tələb edir.