Bakıda fəaliyyət göstərən “Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva saxlanılıb.
Məlumata görə, Həmzəyeva polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində tutulub. O, külli miqdarda dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, bir ay əvvəl blogerlər Fidan Zeyn və Azerina Xətai Rayon Polis İdarəsinə müraciət edərək K.Həmzəyevadan şikayət etmişdilər. Onlar iş qadınının dələduzluq yolu ilə özlərinə məxsus təxminən 150 min manatı ələ keçirdiyini iddia ediblər.
Bildirilir ki, bir neçə gün əvvəl istintaqdan yayındığı üçün Həmzəyeva barəsində axtarış elan olunmuşdu. Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.