Azərbaycanlı nümayəndə BMT-də çərkəzlərin hüquqları məsələsini qaldırdı

Vüqar Nəsirov BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 63-cü sessiyasında çıxış edərək çərkəzlərin dili, tarixi kimliyi və hüquqları məsələsinə toxunub.

70

Azərbaycanlı Vüqar Nəsirov BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 63-cü sessiyasında çıxış edərək çərkəz xalqının hüquqları, tarixi kimliyinin və dilinin qorunması məsələsini beynəlxalq platformada gündəmə gətirib.

MSNews.az xəbər verir ki, BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası sentyabrın 7-də başlayıb və oktyabrın 7-dək Cenevrədəki Millətlər Sarayında davam edəcək.

Çərkəz mövzulu “Ghuaze” nəşrinin məlumatına görə, Nəsirov çıxışında çərkəzlərin tarixi, dili və kimliyinin qorunmasına diqqət çəkib. O, dekolonizasiyanın yalnız siyasi müstəqilliklə məhdudlaşmadığını, xalqların öz dillərini, tarixlərini və ata-baba torpaqları ilə əlaqələrini qorumaq imkanını da əhatə etdiyini bildirib.

Nəsirov çıxışında həmçinin Rusiyada yerli xalqların hüquqları və vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı məhdudiyyətlər məsələsinə toxunub. Bu fikirlər Nəsirovun BMT-də səsləndirdiyi mövqedir və BMT İnsan Hüquqları Şurasının Rusiya ilə bağlı ayrıca qərarı kimi qiymətləndirilməməlidir.

BMT-nin rəsmi proqramına əsasən, 63-cü sessiyada dövlət nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatlarının və digər vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri də çıxış edirlər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.