Azərbaycanda zabitlərin həqiqi hərbi xidmət müddəti azaldıldı

Prezident İlham Əliyev qanunlara edilən dəyişiklikləri təsdiqlədi. Dinc dövrdə zabitlərin həqiqi hərbi xidmət müddəti 1 il müəyyən edildi, yeni zabit hazırlığı qaydaları tətbiq olunur.

402

Azərbaycanda zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb. Bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında könüllü olaraq həqiqi hərbi xidmətə daxil olan zabitlərin dinc dövrdə xidmət müddəti 1 il müəyyən edilib. Qeyd edək ki, indiyədək bu müddət 1 il 6 ay təşkil edirdi.

Qanunda edilən yeniliklər zabit hazırlığı mexanizmini də əhatə edir. Belə ki, müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək.

Yeni dəyişikliklərin məqsədi hərbi xidmət sisteminin daha çevik və effektiv təşkilini təmin etmək, həmçinin peşəkar zabit heyətinin formalaşdırılmasını stimullaşdırmaqdır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.