Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi keçirilib.
MSNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Prezidenti Emoməli Rəhmon iki mühüm sənədə imza atıblar.
Liderlər “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nı imzalayıblar.
Bununla yanaşı, “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar” da qəbul olunub.
Sənədlərin imzalanması Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət formatında tamhüquqlu iştirakını və bu platformanın institusional əsaslarının möhkəmləndirilməsini əks etdirir.