Azərbaycan Türkmənistana “Dostlug” tankerini hədiyyə etdi

Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.

11

Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankerinin onlayn təqdimat mərasimi keçirilib.

MSNews.az xəbər verir ki, bu barədə “Prezident.az” məlumat yayıb. Mərasim iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə baş tutub.

“Dostlug” tankeri Bakı Gəmiqayırma Zavodunda inşa olunub. Gəminin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Tankerin dedveyti 7875 ton təşkil edir.

Rəsmi məlumatda bildirilir ki, bu tanker həm Azərbaycanın gəmiqayırma sənayesinin inkişafını nümayiş etdirir, həm də Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Layihə Bakı Gəmiqayırma Zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma işlərinin həyata keçirilməsinin mümkünlüyünü bir daha göstərir.

Məlumata görə, zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihəsi icra olunub. Hazırda sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti