Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazandı

Azərbaycan millisi "FIFA Series 2026" turnirində Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanaraq tarixinin ən böyükhesablı nəticəsinə imza atıb.

58

Azərbaycan milli komandası “FIFA Series – 2026” beynəlxalq turnirində Sent Lüsiya üzərində 6:1 hesablı qələbə qazanaraq tarixinin ən böyükhesablı nəticəsinə imza atıb. Matç martın 27-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilib. 

Ayxan Abbasovun baş məşqçi olduğu yığma oyuna sürətli başlayıb və hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Daha sonra Rəhim Sadıxov 21-ci, Musa Qurbanlı 37-ci dəqiqədə fərqlənərək fasiləyə qədər üstünlüyü 3:0-a çatdırıblar. Sent Lüsiya 52-ci dəqiqədə Filipin penalti qolu ilə fərqi azaltsa da, Toral Bayramov, Vüsal İsgəndərliRüstəm Əhmədzadənin qolları Azərbaycan millisinin böyükhesablı qələbəsini rəsmiləşdirib.

Bu nəticə Azərbaycan millisinin əvvəlki ən böyük qələbə rekordunu yeniləyib. MSNews.az matçın yığmanın tarixinə ən böyükhesablı qələbə kimi düşdüyünü yazır. Bu oyun həm də millinin 2026-cı ildə ilk qarşılaşması olub.

Hazırda Azərbaycan millisi FIFA reytinqində 125-ci, Sent Lüsiya isə 167-ci pillədə qərarlaşıb. Yığmamız turnirdə növbəti oyununu martın 30-da Sierra Leoneyə qarşı keçirəcək.