Aprelin 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə Latviya Prezidenti Edqars Rinkeviçsin geniş tərkibdə görüşü keçirilib. Görüşdən sonra iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi baş tutub.
Mərasim çərçivəsində İlham Əliyev və Edqars Rinkeviçs “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər. Bundan başqa, daxili işlər, kənd təsərrüfatı, konsulluq əməkdaşlığı, bitki mühafizəsi və sərhəd təhlükəsizliyi sahələrini əhatə edən sənədlər mübadilə olunub.
Rəsmi məlumata görə, mübadilə edilən sənədlər arasında Azərbaycan və Latviya daxili işlər nazirlikləri arasında əməkdaşlıq sazişi, kənd təsərrüfatı sahəsində niyyət bəyannaməsi, xarici işlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, bitki sağlamlığı və bitki mühafizəsi sahəsində anlaşma memorandumu, eləcə də 2026–2027-ci illər üzrə sərhəd xidmətləri arasında ikitərəfli əməkdaşlıq planı yer alıb.
Görüş və sənəd mübadiləsi Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Həmin gün əvvəlcə rəsmi qarşılanma mərasimi, rəsmi qarşılanma mərasimi prezidentlərin təkbətək görüşü keçirilmişdi.
Səfər iki ölkə arasında siyasi dialoqun və sektorial əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur. İmzalanan sənədlərdən görünür ki, Bakı və Riqa praktiki əməkdaşlığı xüsusilə daxili təhlükəsizlik, sərhəd mühafizəsi, kənd təsərrüfatı və konsulluq sahələrində dərinləşdirməyə çalışır.









