Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ olub

Ermənistan ərazisində, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanların hiss olunmadığı bildirilir.

59

Azərbaycan-Ermənistan sərhədi yaxınlığında, Ermənistan ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

MSNews.az xəbər verir ki, “AZƏRTAC” Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən yeraltı təkanların avqustun 10-da Gədəbəy stansiyasından 53 kilometr cənubda qeydə alındığını bildirib. Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib.

İlkin məlumatlarda zəlzələnin maqnitudası 3,8 göstərilsə də, sonradan göstərici 3,9 olaraq yenilənib. “Report” yenilənmiş məlumatda təkanların yerli vaxtla saat 23:11-də baş verdiyini bildirir.

Ermənistan tərəfinin məlumatına görə, zəlzələnin episentri Geğarkunik vilayətində Vardenis şəhərindən 26 kilometr şimal-şərqdə yerləşib. Bu barədə “Armenia Today” məlumat yayıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, yeraltı təkanlar Azərbaycan ərazisində hiss olunmayıb. Dağıntı və ya xəsarət alanlar barədə məlumat yoxdur.