“Axmaq” kart oyununun sirri: Kralların və damarın həqiqi kimliyi

“Axmaq” kart oyunundakı kral, dama və valet fiqurlarının real və mifik prototipləri, Qış sarayı mərasimi və Avropa kart tarixinin maraqlı faktları.

83

Məşhur kart oyunu olan “Axmaq” («Дурака») oyununun tarixi barədə, yəqin ki, çox az adam məlumatlıdır. Bu kartların üzərində təsvir olunan “kral”ların, “kraliça”ların və “valet”lərin əslində real şəxslərin prototipləri olduğunu bilirdinizmi? Onlar 1903-cü ildə Qış sarayında təşkil olunan saray ziyafətində iştirak edən şəxslərdir.

1903-cü ilin fevralında, Maslenitsa (slavyanlarda dini bayram) zamanı Qış sarayında xüsusi bir mərasim keçirildi. Mərasim o qədər möhtəşəm idi ki, üç axşam davam etdi. Qədim rus zadəganlarının və saray əyanlarının geyimləri Peterburqun ən yaxşı dərziləri tərəfindən hazırlanmışdı, iştirakçılar rus rəqslərini ifa etmək üçün günlərlə məşq etmişdilər. Paytaxtın ən yaxşı fotoqrafları da bu təntənəli mərasimə dəvət edilmişdi.

İmperatriça Aleksandra Fyodorovna, XVII əsrin qədim tarixi geyimlərində olan iştirakçıları gələcək nəsillər üçün xatirə kimi saxlamağa qərar verdi. Bu məqsədlə xüsusi kartların hazırlanması qərara alındı. Kartlar üçün eskizlər 1911-ci ildə Almaniyanın Frankfurt-am-Mayn şəhərində yerləşən Dondorf şirkətində hazırlanmışdı. 1913-cü ildə isə kartlar İmperator Kart Zavodunda (1860-cı ilə qədər Aleksandrovskaya Manufakturası adlanırdı) çap edildi.

Beləliklə, kartlarda təsvir olunan fiqurların prototipləri aşağıdakı şəxslər olmuşdur:

Valet-ürək – Böyük knyaz, general-admiral Aleksey Aleksandroviçin adyutantı, leytenant Nikolay Volkov; digər versiyalara görə isə Preobrajensk alayının podporuçiki Nikolay Petroviç Şter və ya Süvari Leyb-qvardiyasının korneti Aleksey Romanoviç Tisdel;
Valet-kərpic – Böyük knyaz Andrey Vladimiroviç;
Valet-xaç – Böyük knyaz Mixail Aleksandroviç;
Valet-pika – ştabs-rotmistr, Süvari Mühafizə Alayının eskadron komandiri, Böyük knyaz Nikolay Mixayloviçin adyutantı Aleksandr Nikolayeviç Bezak;

Dama-ürək – Böyük knyaginya Kseniya Aleksandrovna;
Dama-kərpic – İmperatriçalar Mariya Fyodorovna və Aleksandra Fyodorovnanın fəxri qulluqçusu qrafinya Aleksandra Dmitriyevna Tolstaya; digər versiyalara görə isə şahzadə Vera Maksimilianovna Kudaşeva və ya Sofiya Petrovna Durnovo;
Dama-xaç – Böyük knyaginya Yelizaveta Fyodorovna;
Dama-pika – knyaginya Zinaida Nikolayevna Yusupova;

Kral-ürək – İmperator II Nikolay;
Kral-kərpic – Ali sarayın müşaviri, ştal-meystr Nikolay Nikolayeviç Hartunq;
Kral-xaç – qraf Mixail Nikolayeviç Qrabbe;
Kral-pika – konkret prototipi yoxdur, lakin geyindiyi kostyumun A. D. Litovçenkoya məxsus portretdə təsvir olunan İvan Qroznıya aid olduğu deyilir.

Lakin bu kart dəstinin yaranması ilə bağlı başqa versiyalar da mövcuddur. Rəvayətə görə, kartları 1392-ci ildə Fransa kralı VI Dəli Karlın təlxəyi Eakmen Qrinqonner ixtira edib. Ləqəbindən də göründüyü kimi, kral ruhi xəstəlikdən əziyyət çəkirdi. Öz hökmdarını əyləndirmək istəyən təlxək müxtəlif kart oyunları düşünüb, o cümlədən bu gün bizə məlum olan kart dəstini modifikasiya edib.

Qrinqonner hökmdarına xoş gəlmək üçün dörd kral fiquru çəkir və bəyan edir ki, onların hər birinin öz prototipi var:

Kral-ürək – Böyük Karl;
Kral-pika – Kral David;
Kral-kərpic – Yuli Sezar;
Kral-tref (xaç) – Makedoniyalı İsgəndər.

Təlxək özünü isə Coker adlandırır. Bu olduqca maraqlı kart personajıdır: ilk baxışda axmaq təsiri bağışlasa da, əslində hamıdan güclüdür. Çünki həyatda da məhz təlxəklər öz maskalarının arxasında və zarafat pərdəsi altında həqiqəti krallara deyə bilirdilər.

Daha sonra kart dəstində valetlər peyda oldu və onların da tarixi və mifik prototipləri mövcud idi.
Valet-ürək – fransız cəngavər Etyen de Vinol (La Qir təxəllüslü), Janna Darkın sadiq silahdaşı;
Valet-pika – fransız eposunun qəhrəmanı Ojye Datçan;
Valet-kərpic – “Roland haqqında nəğmə”dən Roland;
Valet-tref (xaç) – kral Artur haqqında əfsanədə Lansellot.

Maraqlıdır ki, uzun müddət kart dəstində damalar olmayıb. Yalnız XVI əsrdə oyun kartlarında ilk qadın fiqurları meydana çıxmağa başlayıb. Əlbəttə ki, hər bir xanımın da öz prototipi vardı.

Dama-ürək – Bibliya əfsanəsinin qəhrəmanı Yudif;
Dama-kərpic – İakovun xanımı Paxil. Maraqlıdır ki, kərpic işarəsi pul rəmzi hesab olunsa da, əfsanəyə görə Paxil olduqca xəsis idi.

Dama-pika – müdriklik və müharibə tanrısı olan yunan ilahəsi Afina Palladanın obrazıdır.
Dama-xaç isə Virgilin “Eneida” əsərindəki Didonanın prototipi idi. Sonralar bu obraz tovlayıcı Arqiyaya çevrilir ki, bu da “regina”, yəni “kraliça” sözünün dəyişmiş formasıdır. Saray rəssamları adətən onu dövrün kraliçalarına uyğun şəkildə təsvir edirdilər.