Avstraliyada “5247” kodlu sirli tapıntı dövlətin elmi proqramı çıxdı

Avstraliyanın Pert sahillərində tapılan “5247” kodlu paslanmayan polad etiketli dəniz qulağı üzərindəki sirr açıldı. Məlum olub ki, bu nişan Qərbi Avstraliya hökumətinin elmi araşdırma layihəsi çərçivəsində işarələnmiş abalone (dəniz ilbizi) nümunəsinə aiddir. Kimlik kodu sayəsində canlı haqda ətraflı məlumat toplanır.

58

Avstraliyanın Pert şəhəri yaxınlığında şnorkellə (xüsusi nəfəs borusu) suyun altını müşahidə edən bir qadın suyun altında parlayan qəribə obyekt gördü və bu kəşf sosial mediada böyük maraq doğurdu. Obyektin üzərində “5247” yazılmış qırmızı-ağ rəngli paslanmayan polad etiket var idi və bu şəkil internetdə paylaşılandan sonra minlərlə insan bu kodun mənasını soruşdu.

İlkin şərhlər arasında bu nişanın “parkinq yeri nömrəsi” olduğu barədə zarafatlar belə səsləndi. Lakin “Yahoo News” tərəfindən aparılan araşdırma göstərdi ki, bu etiket Qərbi Avstraliya hökumətinin kənd təsərrüfatı və təbii resurslar departamenti tərəfindən həyata keçirilən ciddi elmi tədqiqatın bir hissəsidir.

Araşdırmaçı Ceymin Braun bildirib ki, tapılan parça 2023–2024-cü illərdə suya buraxılan 9000 işarələnmiş dəniz qulağı (abalone / dəniz ilbizi) nümunəsindən birinə aiddir. Etiket dəniz canlısının doğum tarixi, ölçüsü, yaşı və suya buraxıldığı vaxt daxil olmaqla məlumatları izləmək üçün məlumat bazasına bağlıdır.

Bu tip nişanlar ilbizin böyüyən hissəsinə paslanmayan polad bir yay vasitəsilə bərkidilir və canlı böyüdükcə etiket sabit qalır. Avstraliya səlahiyyətliləri bildiriblər ki, belə etiketli bir nümunə tapıldıqda, şəklini müvafiq departamentə göndərmək tövsiyə olunur.