Avropa İttifaqı səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç XİN-ə çağırılıb. Bakı Avropa Parlamentinin 30 aprel qətnaməsinə etiraz notası təqdim edib.

17

Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç mayın 1-də Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Avropa Parlamentinin aprelin 30-da Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə yer alan müddəalara görə rəsmi Bakının etirazı bildirilib və səfirə etiraz notası təqdim olunub. 

Azərbaycan XİN qətnamədəki müddəaları “əsassız və qərəzli” adlandırıb. Nazirlik bildirib ki, sənəddə yer alan fikirlər reallıqları təhrif edir, obyektivlik prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət öhdəliklərinə ziddir. Azərbaycan tərəfi bu yanaşmanın regionda normallaşma prosesinə və Azərbaycan–Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir göstərdiyini vurğulayıb.

Görüşdə qətnamədə Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı irəli sürülən fikirlər də qəbul edilməyib. Azərbaycan tərəfi bu çağırışları ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib və 2023-cü ildə Konstitusiyaya uyğun reinteqrasiya planının təqdim olunduğunu, erməni sakinlərin isə bölgəni könüllü şəkildə tərk etdiyini bildirib.

XİN həmçinin qətnamədə erməni əsilli şəxslərin “hərbi əsir” kimi təqdim olunaraq azadlığa buraxılması çağırışlarını hüquqi baxımdan qəbuledilməz sayıb. Azərbaycan tərəfi həmin şəxslərin terrorizm, diversiya və hərbi cinayətlər daxil olmaqla ağır cinayətlər törətdiyini qeyd edib. Reuters-in məlumatına görə, Avropa Parlamentinin qətnaməsində isə saxlanılan şəxslərin azadlığa buraxılması və Qarabağ ermənilərinin hüquqları ilə bağlı çağırışlar yer alıb.

Rəsmi Bakı qətnamədə “mədəni və dini irsin dağıdılması” ilə bağlı iddiaları da əsassız adlandırıb. Görüşdə işğal dövründə Azərbaycanın mədəni və dini irsinə qarşı genişmiqyaslı dağıntı və təhqir faktlarının Avropa institutları tərəfindən yetərincə nəzərə alınmadığı bildirilib. Azərbaycan tərəfi Avropa İttifaqını Bakı ilə münasibətlərə, eləcə də regionda sülh və normallaşma prosesinə zərər verən addımlardan çəkinməyə çağırıb.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031