Argentina millisi dünya çempionatının “J” qrupunda Avstriyanı 2:0 hesabı ilə məğlub edib.
MSNews.az xəbər verir ki, Argentina yığmasının qələbəsi ilə başa çatdığını yazıb. Oyunda hər iki qolu Lionel Messi vurub.
Argentinalı ulduz əvvəlcə 38-ci dəqiqədə fərqlənərək kişi futbolçular arasında dünya çempionatları tarixinin ən məhsuldar oyunçusuna çevrilib. Bu qol Messinin mundiallardakı 17-ci qolu olub və o, Miroslav Klozeni geridə qoyub.
Messi 90+5-ci dəqiqədə ikinci qolunu da vuraraq yekun hesabı müəyyənləşdirib. O, matçın əvvəlində penaltidən yararlana bilməsə də, qarşılaşmanı dubl ilə tamamlayıb.
Argentina bununla qrup mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. Komanda ilk turda Əlcəzairi 3:0 hesabı ilə məğlub etmişdi. Avstriya isə ilk turda İordaniya üzərində 3:1 hesablı qələbə qazanmışdı.