Araqçi: “ABŞ-ın danışıqlar istəyi məğlubiyyət etirafıdır”

İran XİN rəhbəri Abbas Araqçi bildirib ki, ABŞ-ın indi danışıqlardan danışması Vaşinqtonun uğursuzluğunu və məğlubiyyətini etiraf etməsi deməkdir.

27

İranın xarici işlər naziri Abbas Araqçi ABŞ-ın əvvəllər Tehrandan qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyini, indi isə danışıqlar istəyindən bəhs etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqtonun mövqeyindəki bu dəyişiklik ABŞ-ın uğursuzluğunu və məğlubiyyətini etiraf etməsi kimi qiymətləndirilməlidir.

Araqçi deyib ki, ABŞ və müttəfiqləri rejim dəyişikliyi, sürətli qələbə və digər hərbi hədəflərinə nail ola bilməyiblər. İranlı nazirin sözlərinə görə, ABŞ bölgədə çoxsaylı hərbi bazalara malik olsa da, region ölkələrinin təhlükəsizliyini təmin etmək imkanında olmayıb.

İran XİN rəhbəri həmçinin vurğulayıb ki, hazırda ABŞ ilə birbaşa danışıqlar aparılmır. O qeyd edib ki, Vaşinqton müxtəlif vasitəçilər üzərindən Tehrana mesajlar göndərir, lakin bu mesaj mübadiləsi rəsmi danışıqlar kimi qiymətləndirilə bilməz.

Araqçi bildirib ki, Tehran müharibənin daimi şəkildə dayandırılmasını və baş vermiş dağıntılara görə təzminat ödənilməsini tələb edir. O əlavə edib ki, əgər qarşı tərəf doğrudan da danışıqlardan danışırsa, bu, əvvəlki sərt ritorikanın iflasa uğradığını göstərir.

Nazir Hörmüz boğazı ilə bağlı da diqqətçəkən açıqlama verib. Onun sözlərinə görə, İran dost hesab etdiyi bəzi ölkələrin boğazdan keçidinə icazə verib. Araqçi bu ölkələr sırasında Çin, Rusiya, Hindistan, İraq və Pakistanın adını çəkib. O, düşmən hesab etdikləri tərəflərin Hörmüz boğazından keçidinə icazə vermək üçün heç bir əsas görmədiklərini bildirib.

Araqçi sonda qeyd edib ki, qarşı tərəf İrana qarşı mümkün yeni hücumların nəticələrindən dərs çıxarmalı və bir daha belə addım atmağa cəsarət etməməlidir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.