Apple və Google arasında süni intellekt sahəsində milyardlıq razılaşma gözlənilir

Apple-in Google-un süni intellekt modeli Gemini-dən istifadə etməsi ilə bağlı danışıqlar gedir. İddialara görə, şirkət “Siri” üçün xüsusi Gemini versiyasına görə hər il təxminən 1 milyard dollar ödəyə bilər. Razılaşma hələ rəsmi təsdiqlənməyib.

195

KİV-in məlumatına görə, Apple şirkəti Alphabet-in (Google-un ana şirkəti) süni intellekt modeli Gemini-dən istifadə etmək üçün razılaşmaya yaxındır. İddialara görə, Apple Google-a hər il təxminən 1 milyard ABŞ dolları həcmində ödəniş etməyi planlaşdırır.

Məlumata əsasən, söhbət “Siri” səsli köməkçisinin inkişaf etdirilməsi üçün Gemini modelinin xüsusi versiyasına lisenziya verilməsindən gedir. Bu model “Siri”-yə tapşırıqların planlaşdırılması, məlumatların qısa məzmununun hazırlanması kimi funksiyalarda dəstək olacaq.

Bununla belə, Apple bütünlüklə Google İA sisteminə keçmir – şirkət özünün hazırladığı süni intellekt modellərindən istifadəni davam etdirəcək. Gemini isə yalnız müəyyən əlavə funksiyaların işlənməsi üçün tətbiq olunacaq.

Razılaşmanın detalları hələ ki, Apple və Google tərəfindən rəsmi olaraq təsdiqlənməyib. Şirkətlərin yaxın zamanda bu mövzuda açıqlama verəcəyi gözlənilir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.