ANCA ilə bağlı yeni iddialar gündəmə gəlib

ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı ANCA ilə bağlı yeni iddialar gündəmə gəlib. London şirkətinin memorandumunda təşkilatın Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərdüyü iddia olunur.

30

ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı “Amerika Erməni Milli Komitəsi” (ANCA – “Armenian National Committee of America”) ilə bağlı yeni iddialar ortaya çıxıb. London mənşəli ictimai əlaqələr şirkəti “Apollo Strategic Communications” tərəfindən hazırlanan memorandumda təşkilatın ABŞ siyasi dairələrində Rusiyanın maraqlarına uyğun fəaliyyət göstərdiyi iddia olunur.

Sənədə görə, ANCA ABŞ Konqresində Cənubi Qafqazda davam edən sülh prosesinə qarşı çıxan təsirli lobbi strukturlarından biri kimi təqdim edilir. Memorandumda bildirilir ki, təşkilatın fəaliyyəti bəzi hallarda Ermənistan daxilində və regionda sülh təşəbbüslərinə maneə yarada bilər.

Sənəddə həmçinin ANCA-nın bəzi mövqelərinin Rusiyayönlü siyasi qüvvələrlə üst-üstə düşdüyü və təşkilatın ABŞ institutlarında Moskvanın informasiya narrativlərinə yaxın mövqelər yaydığı iddia edilir.

Memorandumda əlavə məlumat verə biləcək şəxslər arasında Ermənistan parlamentinin deputatı Maria Karapetyan, tarixçi Njde Hovsepyan və tədqiqatçı Qaro Paylan göstərilib.

Bununla yanaşı, ANCA təşkilatı iddiaları qəbul etmədiyini bildirərək, sənəddə yer alan məlumatları təkzib edə və hüquqi addımlar ata biləcəyini istisna etmir. Analitiklər qeyd edir ki, bu məsələ ABŞ-da erməni diaspor təşkilatlarının siyasi təsiri ilə bağlı yeni müzakirələrə səbəb ola bilər.