AMEA rəhbərliyi ləğv olunur

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi ləğv edilir, idarəetmə strukturu yenilənir və elmi fəaliyyət universitetlərə inteqrasiya olunacaq.

275

Kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

Məlumata əsasən, bu qərarın əsas səbəbi qlobal təcrübəyə uyğun olmayan mövcud idarəetmə modelidir. Dünyada fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi fəaliyyət göstərirlər.

Hazırkı modeldə ölkədə elmi fəaliyyət uzun illər AMEA institutları üzərində cəmləşib, universitetlər isə əsasən kadr hazırlığı və tədris prosesi ilə məşğul olub. Aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni model universitetlərin həm diplom verən, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsini hədəfləyir.

Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir. Mənbələr həmçinin AMEA-nın strukturunda ciddi dəyişikliklərin, idarəetmə mexanizmlərinin sadələşdirilməsinin və institutların fəaliyyət modelinin yenilənməsinin planlaşdırıldığını bildirirlər.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.