Aleks Stepni: Qışqırıqdan çənəsi çıxan qapıçı

“Mançester Yunayted”in sabiq qapıçısı Aleks Stepni futbol tarixində nadir hadisə ilə yadda qalıb – 1975/76 mövsümündə “Birmingem”lə oyunda çənəsi toqquşma yox, qışqırıq səbəbindən çıxıb.

26

Aleks Stepni futbol tarixində meydanda təkcə oyunçu kimi yox, eyni zamanda meydandaxili “məşqçi” kimi çıxış edən nadir simalardan biri kimi tanınır və o, 1968–1978-ci illərdə “Mançester Yunayted”in formasını geyindiyi dövrdə matç boyu komanda yoldaşlarına verdiyi davamlı göstərişlərlə yadda qalıb.

Ampluaca qapıçı olan Stepni, oyun ərzində müdafiəçilərinə və bütövlükdə komandaya daim qışqıraraq tapşırıqlar verməsi ilə yadda qalıb, lakin onu daha da məşhurlaşdıran amil sərgilədiyi oyunlardan çox, yaşadığı qeyri-adi zədə olub. Belə ki, 1975/76 mövsümündə “Birmingem”lə keçirilən qarşılaşmada Stepninin çənəsi çıxıb və bu hadisə nə rəqib futbolçu ilə toqquşma, nə də zərbə nəticəsində baş verib. Matç boyu komanda yoldaşlarına yüksək səslə göstərişlər verən qapıçının çənəsinin məhz, davamlı qışqırıq səbəbindən çıxması futbol tarixində nadir hallardan biri kimi xatırlanır. Həmin qarşılaşma isə “Birmingem”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb və Aleks Stepninin bu qeyri-adi hadisəsi illər sonra belə futbol azarkeşləri arasında maraqla xatırlanır.