Albaniya İranı “terrorizmin sponsoru” elan edəcək

Albaniyanın Baş naziri Edi Rama açıqlayıb ki, Parlament gələn həftə İranı “terrorizmin sponsoru”, SEPAH və Hizbullahı isə “terror təşkilatı” kimi tanıyacaq.

146

Albaniyanın Baş naziri Edi Rama açıqlayıb ki, Albaniya Parlamentinin gələn həftə İranı rəsmi olaraq “terrorizmin sponsoru” elan edəcəyi gözlənilir. Baş nazirin sözlərinə görə, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Hizbullah” Albaniyada rəsmi olaraq “terror təşkilatı” kimi tanınacaq.

Rəsmi Tirana bu addımla bölgədə təhlükəsizlik amillərini gücləndirmək və İranın dağıdıcı fəaliyyətlərinə qarşı sərt mövqeyini nümayiş etdirmək niyyətindədir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.