Albaniyanın Baş naziri Edi Rama açıqlayıb ki, Albaniya Parlamentinin gələn həftə İranı rəsmi olaraq “terrorizmin sponsoru” elan edəcəyi gözlənilir. Baş nazirin sözlərinə görə, eyni zamanda İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və “Hizbullah” Albaniyada rəsmi olaraq “terror təşkilatı” kimi tanınacaq.
Rəsmi Tirana bu addımla bölgədə təhlükəsizlik amillərini gücləndirmək və İranın dağıdıcı fəaliyyətlərinə qarşı sərt mövqeyini nümayiş etdirmək niyyətindədir.