Bu hekayə Qırmızı Ordu tərəfindən “Ağ ölüm” ləqəbi verilmiş fin snayperi Simo Hayha (Simo Häyhä) haqqındadır. O, 1939–1940-cı illərdə SSRİ Finlandiyanı işğal edənədək sadə bir fermer kimi yaşayırdı. Müharibə başlayar-başlamaz, ölkəsi üçün nə edə biləcəyini düşündü və atasından qalan Mosin–Nagant M/28 tüfəngi ilə meşəyə çəkildi.
Simo Hayha ağac kötüklərindən düzəltdiyi gizlənmə yerlərində səbrlə pusquda dayanır, “ovlarının” yaxınlaşmasını gözləyirdi. Ağ kamuflyaj geyimi, mükəmməl səbr və dəqiq atış qabiliyyəti ona böyük üstünlük verirdi. Cəmi bir neçə ay ərzində – müxtəlif mənbələrə görə – 542-dən 700-dən çox sovet əsgərini məhv etdiyi bildirilir.
Zaman keçdikcə onun adı sovet əsgərləri arasında qorxu və əfsanəyə çevrildi. Deyilirdi ki, həmin meşəyə girən hər kəs geri qayıtmırdı. Sovet komandanlığı əvvəlcə xüsusi təyinatlı dəstələr göndərdi, lakin hamısı məhv edildi. Daha sonra anti-snayper qrupları cəlb olundu, ancaq onlar da eyni aqibəti yaşadılar.
Nəhayət, Simo Hayhanın mövqeyi güman edilən ərazi artilleriya atəşinə tutuldu. Canlı qüvvə göndərməkdən çəkinən sovetlər meşəni top atəşinə tutmağa üstünlük verdilər. Bu hücum zamanı Simo Hayha ağır yaralandı. O, müharibənin bitməsinə cəmi bir gün qalmış huşunu itirmiş halda tapıldı və sonradan özünə gəldi.
Müharibədən sonra sakit həyat sürən “Ağ ölüm” ləqəbli əfsanəvi snayper Simo Hayha 1 aprel 2002-ci ildə vəfat etdi.