Ağ Ev Trampın “Qalib gəlirik” videosunu paylaşdı

Ağ Evin X hesabında Donald Trampın “Qalib gəlirik” mesajını önə çıxaran video yayımlandığı bildirilir. Paylaşım sosial mediada geniş müzakirə doğurub.

205

Ağ Evin rəsmi “X” hesabında ABŞ Prezidenti Donald Trampın “We’re winning” — “Qalib gəlirik” mesajını önə çıxaran video yayımlandığı bildirilir. Sosial mediada paylaşılan görüntülərdə Trampın eyni ifadəni təkrarladığı qeyd olunur. Paylaşım qısa müddətdə müxtəlif “X” hesabları tərəfindən yayılıb və müzakirələrə səbəb olub.

Ağ Evin “X” hesabında daha əvvəl də Trampın İranla bağlı açıqlamasından “We’re winning decisively” — “Qəti şəkildə qalib gəlirik” ifadəsi ayrıca sitat kimi paylaşılmışdı. Bu mesaj administrasiyanın son aylarda sosial media üzərindən daha aqressiv və vizual kommunikasiya xətti apardığını göstərən nümunələrdən biri kimi qiymətləndirilir.

“Reuters”-in mart ayında dərc etdiyi təhlildə də Tramp administrasiyasının, xüsusilə İranla müharibə fonunda, “X”, “TikTok” və “Instagram” kimi platformalarda qısa, emosional və pop-mədəniyyət elementləri ilə zəngin videolardan istifadə etdiyi bildirilmişdi. Agentlik bu kampaniyanın ABŞ hərbi gücünü sosial media auditoriyasına daha “dinamik” formada təqdim etməyə yönəldiyini yazmışdı.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.