Ağ Ev İranla müharibəni təşviq etmək üçün memlər və videooyun elementlərindən istifadə edir

Ağ Ev Donald Tramp administrasiyası İranla müharibəni təşviq etmək üçün memlər və videooyun elementlərindən istifadə edir. TikTok və X-də yayımlanan videolar milyonlarla baxış toplayır.

33

“The Wall Street Journal” bildirir ki, Ağ Ev Donald Tramp administrasiyası döyüşləri təşviq etmək və gənc auditoriyanı cəlb etmək məqsədilə memlərdən və videooyun elementlərindən aktiv istifadə edir. Sosial şəbəkələrdə aparılan “Epik Qəzəb” əməliyyatı “TikTok” və “X” platformalarında milyonlarla baxış toplayır.

Nəşr müharibənin başlanmasından bəri yayımlanan 100-dən çox videonu təhlil edib. Videoların əksəriyyətində real döyüş kadrları videooyun, cizgi filmi, döyüş filmi elementləri və kinomontaj üslubu ilə birləşdirilir.

Kommunikasiya professoru Nikolas Kall bildirib ki, müharibənin bu cür memləşdirilməsi və oyunlaşdırılması Ağ Evin ənənəvi, təmkinli və ciddi hərbi ritorikasından uzaqlaşdığını göstərir. Administrasiya nümayəndəsi isə əlavə edib ki, bu cür videoları tənqid etmək ABŞ-ın missiyası ilə razılaşmamaq deməkdir.

“TikTok” üçün məsul olan, əsasən 20–30 yaş arası 15 nəfərdən ibarət komanda isə hesab edir ki, “həddindən artıq axmaq ideya yoxdur” və gənc izləyiciləri cəlb etmək üçün müxtəlif kreativ üsullar tətbiq olunur.