Afrikanın parlayan ulduzu – Mavriki

Mavriki – Hind Okeanında yerləşən, ağ qumlu çimərlikləri və zümrüd laqunaları ilə tanınan təhlükəsiz ada ölkəsidir. 2024-cü ildə ölkəni 1,38 milyon turist ziyarət edib.

98

Afrikanın şərqində, Hind Okeanında yerləşən ada ölkəsi Mavriki təbii gözəllikləri, turkuaz laqunaları və yüksək təhlükəsizlik səviyyəsi ilə seçilir. Sahildən təxminən 2000 kilometr məsafədə yerləşən Mavriki əsas ada ilə yanaşı Rodriges, Aqaléqa, St. Brandon və Çaqos arxipelaqlarını əhatə edir. Təxminən 1,2 milyon əhalisi olan ölkədə hind, Afrika və Avropa mədəniyyətlərinin harmonik şəkildə birləşməsi unikal atmosfer yaradır.

Son illərdə Mavriki turizm sahəsində ciddi inkişaf nümayiş etdirib. Turizm Nazirliyinin məlumatına görə, 2024-cü ildə ölkəni 1,38 milyon turist ziyarət edib. “Le Morne”, “Ile aux Cerfs”, “Flic en Flac”, “Blue Bay” və “Belle Mare Plage” kimi çimərliklər regionun ən yaxşı istirahət məkanları arasında yer alır. Ada həm ağ qumlu sahilləri, həm də “Chamarel”dəki yeddi rəngli torpaq kimi nadir təbii möcüzələri ilə turistləri cəlb edir.

Mavriki 2025-ci ildə də Afrikanın ən təhlükəsiz ölkəsi seçilib. Qlobal Sülh İndeksi (GPI) ölkəni 163 dövlət arasında 26-cı yerə layiq görüb. Aşağı cinayət səviyyəsi və sabit sosial mühit ölkənin təhlükəsizlik göstəricilərini gücləndirən əsas amillərdəndir. Bununla belə, turistik bölgələrdə xırda oğurluq və kiçik fırıldaqlara zaman-zaman rast gəlinə bilər.

Ölkədə ən əsas təbii risk noyabr-may ayları arasında müşahidə olunan qasırğa mövsümüdür. Güclü fırtınalar bəzən infrastrukturda xırda zərərlərə yol aça bilər. Bu səbəbdən turistlərə hava proqnozlarını izləmək tövsiyə olunur.

MS-News.az