AfD lideri Almaniyadan ABŞ qoşunlarının çıxarılmasını tələb edib

AfD həmsədri Tino Xrupalla Löbauda keçirilən partiya qurultayında ABŞ qoşunlarının Almaniyadan çıxarılmasına çağırıb və 2029-cu ilə qədər hakimiyyət hədəfini açıqlayıb.

30

Almaniyanın müxalifətdə olan ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla ABŞ qoşunlarının ölkədən çıxarılmasına çağırıb. Almaniya mediasının məlumatına görə, o, Saksoniyanın Löbau şəhərində keçirilən partiya qurultayında çıxış edərək “ABŞ qoşunlarının Almaniyadan çıxarılması ilə” bu kursun həyata keçirilməsinə başlanmasını istəyib. Xrupalla bildirib ki, Berlin artıq beynəlxalq münaqişələrə cəlb olunmamalı və daha müstəqil xətt yürütməlidir. 

Xəbəri MSNews.az Almaniyanın “Bild” nəşrinə istinadən verir.

Xrupalla çıxışında xüsusilə Almaniyanın Yaxın Şərqdəki proseslərdən uzaq dayanmalı olduğunu vurğulayıb. O, İrana qarşı müharibə fonunda İspaniyanın ABŞ bazalarının istifadəsinə qarşı mövqeyini nümunə göstərərək, Almaniyanın da oxşar yanaşma sərgiləməli olduğunu deyib.

AfD lideri eyni qurultayda partiyasının 2029-cu ilə qədər təkcə müxalifət partiyası olaraq qalmamalı, həm federal səviyyədə, həm də Saksoniyada hakimiyyətə gəlməyi hədəfləməli olduğunu da bildirib.

ABŞ hərbi mövcudluğuna gəlincə, “Stars and Stripes“-ın məlumatına görə, Almaniyada təxminən 38 min ABŞ hərbçisi yerləşir və bu, Avropadakı ən böyük Amerika hərbi kontingentidir. Bu səbəbdən Xrupallanın çağırışı təkcə daxili siyasət deyil, həm də NATO və transatlantik münasibətlər baxımından diqqət çəkən mesaj kimi qiymətləndirilir.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930