ABŞ və İsrailin İraq ərazisinə endirdiyi aviazərbələr nəticəsində “Həşd əş-Şaabi” (PMF) sıralarında 160 döyüşçünün həlak olduğu bildirilir.
Bu barədə İraqdakı şiə təşkilatı “Bədr”in baş katibi Hadi al-Amiri açıqlama verib. Onun sözlərinə görə, zərbələr nəticəsində təşkilat ciddi itkilər verib.
“Həşd əş-Şaabi” kimi tanınan Xalq Səfərbərlik Qüvvələri (PMF) 2014-cü ildə yaradılıb və müxtəlif şiə silahlı qruplaşmalarını birləşdirən geniş hərbiləşdirilmiş struktur hesab olunur. Təşkilatın ümumi döyüşçü sayının təxminən 200 min olduğu qeyd edilir.
Bu qüvvələrin SEPAH ilə sıx əlaqədə olduğu və müəyyən mənada onun təsir dairəsində fəaliyyət göstərdiyi bildirilir.
Hazırda zərbələrin dəqiq hədəfləri və əməliyyatın miqyası ilə bağlı əlavə məlumatlar açıqlanmayıb. Hadisə regionda gərginliyin daha da artacağı ehtimallarını gücləndirib.