ABŞ və İsrail kürd qüvvələrinin İran müdaxiləsini planlaşdırırmış

"N12" iddia edir ki, ABŞ və İsrail müharibənin əvvəlində kürd qüvvələrinin İran daxilinə müdaxiləsini nəzərdən keçirib, lakin plan siyasi maneələr və risklər səbəbindən iflasa uğrayıb.

8

İsrailin “12-ci kanal”ı ABŞ və İsrailin müharibənin ilk günlərində İrana qarşı kürd qüvvələrinin iştirakı ilə quru ssenarisini nəzərdən keçirdiyini iddia edib. Telekanalın məlumatına görə, plan on minlərlə silahlı kürd döyüşçüsünün İraqdan sərhədi keçərək İran daxilindəki kürd qruplarla birləşməsini, rejim qüvvələrini zəiflətməsini və ölkə daxilində etirazları yenidən alovlandırmasını nəzərdə tuturdu.

Lakin “N12”-yə görə, bu ssenari əvvəlcə məlumat sızmaları, daha sonra isə Türkiyə və Körfəz ölkələrinin etirazı, eləcə də kürd qüvvələrinin ABŞ-ın birbaşa quru dəstəyi olmadan risk etmək istəməməsi səbəbindən gündəlikdən çıxarılıb.